26 May 2019 00:13
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaşda yanğın qeydə alınıb.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, rayonun Ləki qəsəbəsində bir dam altında tikilən ümumi sahəsi 655 m² olan birmərtəbəli kafenin yanar konstruksiyaları 450 m² sahədə və bitişik ümumi sahəsi 120 m² olan mağazanın dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə yanıb.

Kafenin, mağazanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com