Yardımlıda yanğın hadisəsi qeydə alınıb.
Teleqraf.com-un məlumatına görə, rayonun Nisəqələ kəndində ümumi sahəsi 360 m² (hər mərtəbəsi 180 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 180 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.