27 May 2019 13:07
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun N.Tusi küçəsi ev 39-un qarşısında Bakı şəhər sakini Roman Qorlanov idarə etdiyi “Zontes” markalı motosikleti yolun kənarında dayanmış “Foton” markalı yük avtomobilinə vurub.

Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini olan oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov