28 May 2019 15:44
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Ə.Baxçalıyevanın evinə naməlum şəxs girib.

Həmin şəxs ev sahibəsinə zorakılıq göstərək, onun içərisində 200 manat və pasport olan çantasını alıb.

Daha sonra həmin şəxs hadisə yerindən qaçıb.

Zərərçəkmiş baş verən olayla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini E.Həsənov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər