29 May 2019 00:42
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubanın Tülər kəndinə yağan güclü yağış fəsadlara səbəb olub.

Kənd ərazisindən keçən Ağçay çayı üzərində tikilən keçid körpüsünü sel aparıb.

Quba rayon İcra Hakimiyyətinin Tüləkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan Məmmədhüseynovun Oxu.Az-a verdiyi məlumata əsasən, kəndlə əlaqə kəsilməyib. Avtomobillər alternativ yoldan istifadə edərək rayon mərkəzinə gedib-gələ bilirlər:

“Güclü yağış səbəbindən çayda suyun səviyyəsi çoxalıb. Borulardan ibarət olan körpünü su aparıb. Lakin gediş-gəlişdə çətinlik yoxdur. Körpünün bərpası üçün suyun səviyyəsinin azalmasını gözləyirik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər