Lənkəran şəhərində oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, şəhər ərazisindəki evlərin birindən 3800 manat, 1150 ABŞ dolları və 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Lənkəran şəhər-rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin qohumu, əvvəllər məhkum olunmuş M.Babayev saxlanılıb.