31 May 2019 14:29
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Ararat əyalətinin Noramarq kəndində (İrəvanın 22 kilometrliyində) 60 yaşlı kişi keçmiş həyat yoldaşıgildə olarkən ev sahibləri (ər və həyat yoldaşı) ilə mübahisə etdikdən sonra iki qumbara atıb.

Teleqraf.com “Report”a istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin Mətbuat xidmətindən verilən məlumata görə, partlayış nəticəsində ev sahibi və uşaq xəsarət alıb. Xəstəxanaya çatdırılan ev sahibi dünyasını dəyişib.

Hadisə ilə bağlı cinayət işi başlanıb, hadisəni törədən şəxsin saxlanması üçün tədbirlər görülür. Onun evinə baxış zamanı daha iki qumbara aşkarlanaraq götürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər