Binəqədi Rayon Prokurorluğuna müraciət edən Vəkillər Kollegiyasının gənc üzvü Orxan Kəngərlinin ekspertiza rəyi məlum olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Orxan Kəngərlinin vəkili, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Tükəzban Aşurova REAL TV-yə danışıb.
Onun sözlərinə görə, ekspertizanın nəticələrinə əsasən, 128-ci maddə üzrə cinayət əməli var və vəkil yüngül xəsarət alıb.
Qeyd edək ki, mayın 31-də müvəkkilinin hüquqlarının müdafiəsi üçün Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə gedən Vəkillər Kollegiyasının gənc üzvü Orxan Kəngərli özü müvəqqəti olaraq saxlanılıb.
İddiyaya görə, polis bölməsində ona qarşı fiziki zor tətbiq edilib. Vəkil Binəqədi Rayon Prokurorluğuna müraciət edib.
Hadisəylə bağlı araşdırma aparılır.