Bakı Dairəvi-1 yolunun Yasamal rayonu ərazisinə düşən hissəsində iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası olub.
Teleqraf.com xəbər verir ki, qəza zamanı maşınlardan birində olan 1937-ci il təvəllüdlü Gülçöhrə Abdullayeva xəsarət alıb.
Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə aparılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub. Qadın palataya yerləşdirilib.