4 İyun 2019 17:19
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran şəhərində evlərdən birinə maskalı basqın olub.

Teleqraf.com xəbər verir ki, Lənkəran şəhər-rayon polis şöbəsinə müraciət edən Lüvəsər kənd sakini T.Cəfərov mayın 27-də, gecə saat 1 radələrində yaşadığı evə pəncərədən girmiş 3 maskalı şəxsin oradan oğurluğa cəhd göstərməsini bildirib.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Talışlı kənd sakini H.Əlizadə, Haftonu qəsəbə sakinləri O.Əliyev və E.Ağayev polis əməkdaşları tərəfindən saxlanılıblar.

Onlardan maska, əlcək, bıçaq və kəlbətin götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər