5 İyun 2019 16:55
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Antalya şəhərindən Rusiyanın Altay diyarının inzibati mərkəzi Barnaula uçan “Boeing 757-200” tipli sərnişin təyyarəsi qeyri-standart eniş həyata keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Altay diyarı üzrə təhqiqat idarəsi məlumat yayıb.

Məlumata görə, yerli vaxtla saat 02:00-da təyyarə enməyə başlayıb, bu zaman onun qeyri-simmetrik eniş etməsinə dair siqnalizasiyası işə düşüb. Qeyri-adi vəziyyətə baxmayaraq, ekipaj enişi davam etdirib. Təyyarənin göyərtəsində olan 229 sərnişin və 7 ekipaj üzvündən heç biri xəsarət almayıb. Təyyarə özü də ziyan görməyib.


Müəllif: Səxavət

Oxşar xəbərlər