Tovuz rayonunda ana doğuş zamanı ölüb.
Rayonun İbrahimhacılı kənd sakini, 1998-ci il təvəllüdlü Aytac Fəzail qızı Tağıyeva Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb və qeysəriyyə əməliyyatı ilə dünayaya qız uşağı gətirib. Lakin bir müddət sonra ananın vəziyyəti pisləşib və həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Körpənin vəziyyətinin isə yaxşı olduğu bildirilir.
Qeyd edək ki, hadisədən sonra ölən şəxsin yaxınları ilə xəstəxana işçiləri arasında mübahisə yaşanıb.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır./report/