Gəncə şəhərində baş verən bir neçə oğurluq hadisəsinin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsi və Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə sakini İ.Hümbətov və Goranboy rayon sakini E.Cəfərov saxlanılıblar.
Onların şəhər ərazisindəki 3 həyətyanı sahədən su mühərriki, elektrik naqili, təmir-tikinti alətləri və məişət əşyaları, habelə qəbirlərin üzərində quraşdırılmış 3 ədəd alüminium güldanı oğurlamaları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.