Daxili İşlər Nazirliyi paytaxtda bir nəfərin intihara cəhd etməsi ilə bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, Səbail rayonu, A.İsmayılov küçəsində Ağsu rayon sakini F.Abuşov mübahisə zəminində Bakı şəhər sakini olan tanışı K.Mikayılovaya bıçaqla xəsarət yetirib.
Cinayəti törədəndən sonra Neftçi Qurban küçəsində inşa edilməkdə olan binanın tikintisində istifadə edilən krana çıxaraq intihara cəhd göstərib.
Cəhdin qarşısı alınmış, F.Abuşov polis əməkdaşları tərəfindən saxlanılaraq 8-ci polis bölməsinə gətirilib.
K.Mikayılova hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.