Yevlaxın Malbinəsi kəndində orta məktəbin stadionunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, kənd sakini 1996-cı il təvəllüdlü Cəfərov Həsən Ələsgər oğlu qısqanclıq zəminində həmkəndlisi, 1966-cı il təvəllüdlü Məmmədov Emin İsmət oğlu ilə mübahisə edib.
Mübahisə nəticəsində H.Cəfərov üzərində gəzdirdiyi bıçaqla E.Məmmədovun baş, qarın və sinə nahiyəsinə 8 bıçaq zərbəsi endirərək onu öldürməyə cəhd edib.
H.Cəfərov E.Məmmədovun öldüyünü zənn edərək hadisə yerindən uzaqlaşıb və könüllü şəkildə Yevlax Rayon Polis Şöbəsinə gəlib, törətdiyi olay barədə məlumat verib. O hadisəni qısqanclıq zəminində törətdiyini deyib.
Müxtəlif bədən xəsarətləri alan E.Məmmədov xəstəxanaya çatdırılaraq əməliyyat olunub, hazırda vəziyyəti ağırdır.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.