Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Vidadi Rəcəbov qonşusu, 1955-ci il təvəllüdlü İbrahim Mürsəlov tərəfindən qətlə yetirilib.
Cinayəti törədən İbrahim Mürsəlov saxlanılıb.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaq aparılır.