11 İyun 2019 15:22
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Yeni Yasamal qəsəbəsi ərazisində 1979-cu il təvəllüdlü Bəxtiyar Emilli tanışı, 1972-ci il təvəllüdlü Cümşüd Abdullayev ilə mübahisə edib.

Onların mübahisəsi sonradan davaya çevirilib.

Dava zamanı onar bir-bilərini təhqiredici ifadələrlə təhqir edib.

Bu zaman Cünşüd Abdullayev Bəxtiyar Emilliyə bıçaq bir neçə xəsarət yetirib və hadisə yerindən qaçıb.

Bəxtiyar Emilli xəstəxanaya yerləşdirilib.

Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

29-cu polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Cümşüd Abdullayev saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov