Masallı rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, iyunun 9-da Masallı rayonu ərazisində 2 nəfərin Allahyarlı kənd sakini E.Şahbazovun əl nahiyəsinə ülgüclə xəsarət yetirib 45 manatını alması barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.
Masallı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində bu cinayət əməlini törədənlərin şəxsiyyətləri qısa müddətdə müəyyən edilib.
Onların saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.