13 İyun 2019 10:10
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Faiq Yusifov küçəsində qeydə alınıb.

Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Tacəddin Manaflı tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən şəxsin tutulması üçün əməliyyat keçirilir.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov