Xırdalan şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com-un xəbərinə görə, Sumqayıt şəhər sakini İlkin Bəkirov idarə etdiyi “Mondial” markalı mopedi yol ayırıcısına (beton maneəyə) vurub.
Nəticədə sərnişini, Bakı şəhər sakini Nuray Etibarqızı hadisə yerində ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.