Bakıda 27 yaşlı gənc dənizdə batıb.
Teleqraf.com xəbər verir ki, hadisə Xəzər rayonu, Mərdakan qəsəbəsində yerləşən çimərlikdə baş verib. Yasamal rayon sakini Fərid Səfərli dənizdə batıb. Onu meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.
Əslən Salyan rayonundan olan Fərid Səfərlinin 6 ay öncə ailə həyatı qurduğu bildirilir.