16 İyun 2019 16:31
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərində yanğın qeydə alınıb.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, şəhərin Binəqədi rayonunda üçmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağında 1 ədəd divan və divar kağızı 18 m² sahədə yanıb. Yüksək temperaturdan televizor və lambirindən ibarət tavan 3 m² sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com