9 Sentyabr 2014 13:25
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan intensiv şəkildə Avropa İttifaqı ilə inteqrasiya məsələlərini müzakirə edib”

Bu gün Bakıda Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramında iştirak edən ölkələrin xarici işlər nazirləri birgə mətbuat konfransı keçiriblər.


Teleqraf.com-un məlumatına görə, tədbirdə ilk çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin Bakıda keçirilən bu görüşü çox səmimi və mehriban mühitdə keçib:

“Bu görüş olduqca vacib və səmərəli oldu. Görüşlərdə tərəfdaşlıq, enerji, vətəndaş cəmiyyəti və digər məsələlər müzakirə olundu. Hesab edirəm ki, tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi gələcəkdə də davam etdiriləcək. Bakıda keçirilən Şərq Tərəfdaşlığı proqramının xarici işlər nazirlərinin görüşü iştirakçı ölkələrin Avropa İttifaqı ilə münasibətlərinin dərinləşməsinə imkan yaradacaq. Azərbaycan bu il çox intensiv şəkildə Avropa İttifaqı ilə inteqrasiya məsələlərini müzakirə edib”.

Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle qeyd edib ki, görüşdə çox vacib məsələlər müzakirə olunub: “Görüş zamanı vətəndaş cəmiyyəti, enerji və digər məsələlər də nəzərdən keçirildi. Çox təəssüf ki, burada Ermənistan nümayəndə heyəti iştirak etmir. Biz çox istərdik ki, bu dövlətlər tərfdaşlıq münasibətlərini saxlasınlar”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər