17 İyun 2019 21:47
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi Qaradağ rayonunda baş vermiş dəhşətli qəza ilə bağlı məlumat yayıb.

"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda "Toyota" markalı minik avtomobili və “Ford” markalı mikroavtobus toqquşub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mikroavtobusda sıxılı vəziyyətdə qalan 5 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər", - məlumatda qeyd olunub.

17:53

Bakı-Ələt yolunda "Prado", VAZ-2107 və "Ford" markalı mikroavtobusun toqquşması nəticəsində zəncirvari qəza baş verib.

Axar.az xəbər verir ki, işçiləri daşıyan "Ford" markalı mikroavtobus dəmir maneələrə dəyərək qəza törədib.

Qəza nəticəsində çoxlu sayda ölən və yaralananların olduğu bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili tibbi yardım maşınları cəlb olunub.

"8 nəfər Klinik Tibbi Mərkəzə, 4 nəfər Respublika Kliniki Xəstəxanasına çatdırılıb. 3 nəfər isə yolda dünyasını dəyişib", - nazirlikdən bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər