9 Sentyabr 2014 14:36
1 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partityasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı partiya başqanlığına rəsmən namizəd olub.

Bu haqda Müsavat Partiyasının üzvü Razim Əmiraslanlı məlumat verib. Partiyanın Səbail təşkilatının sədri bildirib ki, Arif Hacılı partiyanın mərkəzi qərargahında başqanlığa namizədliyini rəsmiləşdirmək üçün tələb olunan ərizəni yazaraq təşkilat komitəsinə təqdim edib.

Xatırladaq ki, Müsavat Partiyasının qurultayı sentyabrın 27-də keçiriləcək. İki gün əvvəl isə Arif Hacılı Mərkəzi İcra Aparatının rəhbəri postundan istefa verib.

Cavidan


Müəllif:

Oxşar xəbərlər