19 İyun 2019 13:44
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Səməd Vurğun küçəsi 75 ünvanın qarşısında qeydə alınıb.

Həmin ünvanda Bak şəhər sakini, 1981-ci il təvəllüdlü Ayxan Quliyev Masallı rayon sakini, 1992-ci il təvəllüdlü Xəqani Ağayev ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Onların mübahisəsi sonradan əlbəyaxa davaya çevrilib.

Dava zamanı Xəqanı Ağayev Ayxan Quliyevi bıçaqlayıb.

Ayxan Quliyev xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Cinayəti törədən Xəqani Ağayev polis əməkdaşları tərəfindən həbs edilib.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Hazırda istintaq aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər