19 İyun 2019 15:39
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xızı rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini A.Kamalov idarə etdiyi “Ravon Nexia” markalı avtomobili aşırıb.

Nəticədə avtomobildəki sərnişinlərdən Quba rayon sakini Rəsmiyyə Mirzəyeva hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov