Masallı rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 100 manat və 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Masallı rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş İ.Mahmudov saxlanılıb.