Niderlandın Şimali Brabant əyalətinin hava məkanında “Piper cub” tipli iki yüngül mühərrikli təyyarə toqquşub.
Nəticədə iki nəfər ölüb, iki nəfər yaralanıb.
Bildirilib ki, təyyarələr “Vliegend Museum Seppe” aviasiya muzeyinə məxsus olub. Məlumata görə, təyyarələrin birində iki nəfər ölüb, o biri “Piper cub” isə yerə enib, ancaq göyərtəsindəki iki nəfər yaralanıb.