Türkiyə ilə Naxçıvanı birləşdirən Dilucu gömrük keçid məntəqəsində həyəcanlı anlar yaşanır.
Axar.az "Yeni Akit"ə istinadən xəbər verir ki, gömrük məntəqəsinin ərazisində əl istehsalı partlayıcı qurğu aşkarlanıb. Dərhal sərhəddə giriş-çıxış qapıları qapadılıb. Ərazidəki insanlar təxliyə edilib, təhlükəsizlik zolağı çəkilib. Partlayıcının məhv edilməsi üçün bölgəyə sapyorlar cəlb edilib.
Tədbir məqsədi ilə əraziyə təcili tibbi yardım heyəti də göndərilib.