Bilgəh qəsəbəsində bir nəfər Xəzər dənizində çimərkən boğulub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com məlumat verilib.
Məlumatda bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh sularda xilasetmə məntəqəsinin qeyri-çimərlik (nəzarətsiz) ərazisində 1 nəfərin batması barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu batan şəxsin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.