Balakən rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Mahamalar kəndində 66 yaşlı Nəcəfəli Xəlilov həyat yoldaşı 59 yaşlı Şahnaz Xəlilovanı boğaraq öldürüb.
Hadisə ailə münaqişəsi zəminində baş verib.
Nəcəfəli Xəlilov həbs edilib.
Faktla bağlı Balakən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaq gedir.