22 İyun 2019 20:45
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edilməsi istiqamətində daha bir uğurlu əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Teleqraf.com-a bildiriblər ki, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bıçaqçı kəndində yabanı halda bitmiş, ümumi çəkisi 1051 kiloqram olan 1167 çətənə kolu aşkarlanıb. Həmin çətənə kolları polis əməkdaşları tərəfindən yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com