22 İyun 2019 22:30
1 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda yerləşən “Megafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində helium şarlarının partlaması nəticəsində ani alışma baş verib.

Teleqraf.com FHN-ə istinadla xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə nəticəsində yanğın baş verməyib.

Qeyd edək ki, hadisə nəticəsində ikisi azyaşlı olmaqla 6 nəfərin yüngün bədən xəsarətləri aldığı bildirilir.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Teleqraf.com