23 İyun 2019 11:15
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qara Qarayev prospektindəki (metronun “Neftçilər” stansiyası yaxınlığı) ticarət mərkəzində baş verən yanğınla əlaqədar qeyd edilən yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb.

Teleqraf.com BNA-ya istinadən xəbər verir ki, Dakar dairəsindən 8-ci kilometr bazarı istiqamətində yol bağlanıb.

Bu səbəbdən də 1;12;7A 15;22;30;32;35;36;40;44;49;50;51;57;60;62;64;81;103;105;141;214 saylı marşrutlar üzrə avtobusların istiqamətləri Neftçilər metroduna doğru gedərkən Q.Qarayev pr.-Naxçıvanski küç.-B.Çobanzadə küç.-R.Rüstəmov küç. ilə Dakar meydanına və əks istiqamətdə (bəzi marşrutlar) yönəldilib.


Müəllif: Teleqraf.com