24 İyun 2019 15:55
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda bir gündə ölümlə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com-un xəbərinə görə, hadisələrdən biri Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini A.Tağıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Eldar Bəhramovu vurub.
Eldar Bəhramov hadisə yerində ölüb.

Həmin qəsəbədə daha bir qəza baş verib. Müəyyən edilməmiş avtomobillə 40-45 yaşlı kişi vurulub.

Həmin şəxs hadisə yerində ölüb.

Daha bir qəza rayonunun Nardaran qəsəbəsi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini O.Rəhimli idarə etdiyi “VAZ-2108” markalı avtomobillə yolu keçən qəsəbə sakini Muradəli Əliyevi vurub.
Muradəli Əliyev hadisə yerində ölüb.

Hər üç faktla bağlı Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov