Bakının Xəzər rayonunda yaşayış evlərindən birinə maskalı basqın olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iyunun 18-də, gecə saat 4 radələrində paytaxtın Zirə qəsəbəsində yaşayan S.Süleymanovanın evinə maskalı şəxs girib.
Həmin şəxs ev sahibəsinin baş və sinə nahiyəsinə bıçaqla daxilə nüfuz etməyən xəsarət yetirib, oradan 600 manat pul aparıb.
Zərərçəkmiş baş verən hadisə ilə bağlı Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsinə məlumat verib.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ağsu rayon sakini H.Hümbətov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.