26 İyun 2019 16:59
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən "Piramida plaza"da yanğın olub.

Teleqraf.com "Report"a istinadən xəbər verir verir ki, yanğın 18 mərtəbəli plazanın 14-ci mərtəbəsindən 17-ci mərtəbəsinədək şaxtanı əhatə edib.

İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində yüklənmə olub.

20 nəfər bina sakini təxliyyə olunub.

Əraziyə 5 yanğınsöndürən maşını, 20 nəfər canlı qüvvə cəlb edilib.

Yanğın söndürülüb.


Müəllif: Teleqraf.com