Masallı rayonunda oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Masallı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşayış evindən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.
Rayonunun Bədəlan kənd sakini Cəsail Şahbazov rayon polis şöbəsinə müraciət edərək, ona məxsus yaşayış evindən 7000 manat dəyərində qızıl zinət əşyalarının və 100 manat pulun oğurlandığını bildirib.
Oğurluğu törətmiş şəxsin Yevlax şəhər sakini İntiqam Mahmudov olduğu müəyyən edilib və o saxlanılıb.
Oğurladığı qızılların bir qismi ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı masallı rayon polis şöbənin istintaq bölməsində araşdırma aparılır.