27 İyun 2019 11:37
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ordusunun Armavirdəki hərbi hissəsinin əsgəri intihar edib.

Teleqraf.com xəbər verir ki, xidməti yerində silahı ilə özünü vuran əsgər Hayk Alaverdyan həlak olub.

Xəstəxanaya çatdırılan hərbi qulluqçunun həyatını xilas etmək mümkün olmayıb.

Olaydan sonra özünü intihar etmə həddinə çatdırma ittihamı ilə cinayət işi açılıb. Hayk Alaverdyanın “dedovşina” qurbanı olduğu ehtimal olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər