Daxili İşlər Nazirliyi ötən gün Biləsuvar rayonunda baş verən dəhşətli qəza ilə bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, iyunun 27-də saat 14 radələrində Biləsuvar şəhəri ərazisində İsmətli kənd sakinləri - A.Məmmədovun idarə etdiyi “VAZ-21015” və Ş.Dövlətovun idarə etdiyi “Lada Priora” markalı avtomobillər toqquşub.
Nəticədə A.Məmmədovun sərnişinlərindən həmkəndliləri - Şükufə Tağıyeva və Güllübəyim Hüseynova hadisə yerində ölüb, hər iki sürücü və 2 sərnişin xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Biləsuvar rayon polis şöbəsində cinayət işi başlanıb.
Qeyd edək ki, qəzada xəsarət alaan hər iki sürücü və İsmətli kənd sakinləri - 1993-cü il təvəllüdlü Tağızadə Araz Əsəd oğlu və 1979-cu il təvəllüdlü Əliyeva Məlahət Qurban qızı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, “Lada Priora” markalı avtomobilin sürücüsü, Şakir Dövlətov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin müdiridir.