Balakən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, rayonunun Qazma kəndi ərazisində kənd sakinləri A.Qandayevin idarə etdiyi “VAZ-21015” və Y.Hacıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.
Nəticədə Y.Hacıyevin sərnişini, həmkəndlisi Əmanət Hacıyeva xəstəxanaya yerləşdirilib və orada ölüb.
Faktla bağlı Balakən rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.