Şəmkir rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, naməlum şəxs rayon sakini N.Qasımovu kəsici alətlə hədələnib və onun 202 manatını alıb.
Zərərçəkmiş baş verən quldurluq hadisəsi ilə bağlı Şəmkir rayon polis şöbəsinə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən rayon sakini M.İbrahimov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.