Sakit okeanda yerləşən Vanuatu Respublikasının sahillərində 6 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentri Lyuqanvil şəhərindən 35 km qərbdə, ocağı isə 113 km dərinlikdə yerləşib.
Dağıntı və tələfatla bağlı məlumat verilmir. Sunami təhlükəli elan edilməyib.