İranda qəsdən adam öldürmədə ittiham olunaraq, ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib.
Teleqraf.com xəbər verir ki, kütləvi davada qətl törədən 39 yaşlı məhkum Söhrab Tacmehr Bəndər Abbas həbsxanasının həyətində dara çəkilib.
Məlumata görə, məhkum, son ana qədər günahsız olduğunu, əsl qatilin ölkədən qaçaraq hazırda Yunanıstanda yaşadığını bildirsə də, ona bunu sübut etmək üçün imkan verilməyib və barəsində çıxarılan ölüm hökmü icra olunub.