Şəmkir rayonunda silahlı insident olub.
Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin “102–Zəng Mərkəzi” Xidmətinə iyulun 3-də Şəmkir rayonunun Qarabağlılar kəndi ərazisində bir nəfərin odlu silahla açılmış atəşdən xəsarət alması barədə müraciət daxil olub.
Müraciətlə əlaqədar dərhal Şəmkir rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gəliblər.
Araşdırmalarla kəndin əkin sahəsində E.Məmmədovun münaqişə zəminində tüfəngdən atəş açaraq qardaşı R.Məmmədovun qol nahiyəsinə xəsarət yetirməsi müəyyən edilib.
E.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb, müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi ondan götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb.