Ana həbsdə olan oğluna narkotik maddə vermək istəyib.
Bu barədə Teleqraf.com-a Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib.
Məlumata görə, həbs edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Əhmədov Zaur Habil oğlu ilə görüşə gəlmiş anası Bakı şəhər sakini Xuduyeva Ülkər İmanverdi qızının üzərinə və əşyalarına baxış keçirilib.
Keçirilən baxış zamanı sovqatda olan şəffaf plastmas qabın içərisindəki mürəbbənin içərisində gizlədilmiş bükülüdə 1,077 qram narkotik maddə - heroin aşkar aşkar edilib.
Zaur Əhmədov Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü (oğurluq), 181.2.1, 181.2.4, 181.2.5-ci (quldurluq) və 228.4-cü (qanunsuz silah saxlama) maddələrinə əsasən ittiham edilir.