Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini O.Rəhimli iyulun 3-də saat 23 radələrində A.Səhhət küçəsindən nasaz vəziyyətdə olan “Yamaha” markalı motosikletinin oğurlandığını bildirin.
Polis əməkdaşlarının keçiridkləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini R.Məmmədov həmin motosikletlə birlikdə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.