10 Sentyabr 2014 13:40
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiya ATƏT-ə sədrliyi dövründə hərbi münaqişələrin həllinə çalışacaq. Trend-in məlumatına görə, bunu Serbiya Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiç Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ATƏT-ə sədrliyi Serbiya üçün böyük çağırış olacaq: "Bu regiona yenidən səfər edəcəyəm. ATƏT sədri kimi maksimal şəkildə hərbi münaqişələrin həlli üçün əlimdən gələni edəcəyəm".

İ.Daçiç deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına öz töhfəsini vermək istəyir.

XİN başçıs, həmçinin deyib ki, Serbiya Azərbaycanın onun ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirir.

Nazir deyib ki, istənilən ölkənin sərhədinin dəyişdirilməsi qəbulolunmazdır.


Müəllif:

Oxşar xəbərlər