Bir həftə əvvəl İranın Kəşfiyyat İşləri üzrə Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən saxlanılan Güney azərbaycanlı milli-mədəni fəal Ruhulla Əhmədnəjaddan xəbər yoxdur.
Teleqraf.com xəbər verir ki, fəal iyulun 2-də öz iş yerində mülki geyimli şəxslər tərəfindən saxlanılıb.
O, həmin gün qardaşı ilə qısa telefon əlaqəsi saxlayaraq, ETTELAAT-ın Təbriz idarəsinin təcridxanasına aparıldığını bildirib. Ailəsi həmin telefon əlaqəsindən sonra Əhmədnəjad haqda başqa məlumat ala bilməyib.
Məlumata görə, ETTELAAT əməkdaşları fəalı saxladıqdan sonra onun qardaşının evinə basqın edərək, məhkəmə qərarı olmadan evdə axtarış aparıblar. Axtarış zamanı Ruhulla Əhmədnəjadın qardaşına məxsus bir neçə kitab, kompüter və yaddaş kartı müsadirə edilərək götürlüb.